...

Misir prezidenti ordudan ultimatumu geri çağırmağı tələb edib

Siyasət Materials 3 İyul 2013 02:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Misir prezidenti Məhəmməd Mursi çərşənbə axşamı ölkənin silahlı qüvvələrinin komandanlığını böhranın nizama salınması haqqında razılaşmaq üçün 48 saat siyasətçilərə verən ultimatumu geri götürməyə çağırıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Bazar ertəsi Misirin silahlı qüvvələrinin komandanlığı qüvvədə olan hakimiyyətin tərəfdarlarını və rəqiblərini 48 saat ərzində siyasi böhranın nizama salınması haqqında razılığa gəlməsinə çağırıb, əks təqdirdə ordu onun nəzarəti altında həyata keçiriləcək "böhrandan çıxış hərəkət xəritəsi" haqqında elan etmək niyyətindədir.

"Prezident Mursi konstitusiyanın aliliyinə öz sədaqətini təsdiq edir və onun pozmasının istənilən cəhdlərini rədd edir, bununla əlaqədar olaraq silahlı qüvvələri ultimatumu geri çağırmağa çağırır", - prezidentin Twitter mikrobloqunda yerləşdirilmiş məlumatında deyilib.

Xəbər lenti

Xəbər lenti