Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
TÜRKPA Baş Katibi cənab Ramil Həsənov 9-12 iyul 2013-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasnın Sofiya şəhərində keçiriləcək 41-ci Plenar Sessiyasında iştirak edəcək.
TÜRKPA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Assambleyanın gündəliyində "Turizm İqtisadi inkişafın əsas amili kimi: QDİƏT regionunda əməkdaşlıq", QDİƏT üzv ölkələri arasında dənizdə xilasetmə əməliyyatlarında əməkdaşlığın inkişafı, QDİƏT Qara Dəniz regionunda: 20 illik regional əməkdaşlıq", "QDİƏT üzv dövlətlərinin universitetləri arasında aspirantura səviyyəsində əməkdaşlığın perspektivləri və faydaları" və digər məsələlər yer alıb.
Səfər çərçivəsində TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun QDİƏT PA-nın Baş Katibi cənab Kirilo Tretiak və Türkiyə nümayəndə heyətləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, TÜRKPA 2012-ci il noyabr ayından etibarən QDİƏT PA-nın fəaliyyətində rəsmi müşahidəçi statusunda iştirak edir.