Azərbaycan, Bakı, 8 iyul /Trend/
ABŞ hakimiyyəti Misirdəki hadisələrdən narahat olduğunu bildirir və hərbi rəhbərliyi dözümlü olmağa, dinc vətəndaşlara qarşı zor tətbiq etməkdən çəkinməyə çağırır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.
"Biz hərbçiləri dözümlü olmağa çağırırıq. KİV-in fəaliyyətini məhdudlaşdırmamağa və hakimiyyətin demokratik yolla vətəndaş cəmiyyətinə verməyə dəvət edirik" - deyə Karni bildirib.
Onun sözlərinə görə, ABŞ "Müsəlman qardaşları"nın çağırışlarını da təqdir etmir.
"Nümayişçlər etirazlarını dinc şəkildə bildirməlidirlər. Bununla biz münaqişə tərəflərindən heç birini dəstəkləmirik. Hadisələrin Misir xalqının xeyrinə həll olunmasını istəyirik" - deyə Karni əlavə edib.