...

Əhməd Davudoğlu: Türkiyənin öz sərhədlərini qorumaq üçün istənilən addımlar atmağa hüququ var

Siyasət Materials 24 İyul 2013 11:57 (UTC +04:00)
Türkiyə öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün istənilən tədbirlər görmək hüququna malikdir.
Əhməd Davudoğlu: Türkiyənin öz sərhədlərini qorumaq üçün istənilən addımlar atmağa hüququ var

Azərbaycan, Bakı, 24 iyul/Trend, müxbir A. Tağıyeva/

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün istənilən tədbirlər görmək hüququna malikdir. Trend-in çərşənbə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya-Türkiyə sərhədində gərginliyin artmasını şərh edərkən deyib.

Nazirin sözlərinə görə, Suriya böhranı artıq təkcə həmin ölkənin təhlükəsizlik və sabitliyinə deyil, həmçinin Türkiyə də daxil olmaqla, qonşu ölkələrin sabitliyinə təhlükə törədir: "Buna görə də biz öz sərhədlərimizin müdafiəsi üçün zəruri addımlar atmalıyıq".

Davudoğlu qeyd edib ki, Türkiyə əhalinin bütün etnik və dini təbəqələrinin hüquqlarının qorunması ilə bağlı Suriya böhranının tezliklə həllinin tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti