...

Bəkir Bozdağ: BMT Suriyada ölü saymaqla məşğuldur

Siyasət Materials 31 İyul 2013 03:31 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) bacardığı şey Suriyada neçə nəfərin öldüyünü saymaqdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Bəkir Bozdağ: BMT Suriyada ölü saymaqla məşğuldur

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Birləşmiş Millətlər Təşkilatının (BMT) bacardığı şey Suriyada neçə nəfərin öldüyünü saymaqdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ Türkiyə xalqının hər zaman məzluma yardım əlini uzatdığını bildirib: "Təəssüf ki, bu gün dünyamızın dörd bir yanında göz yaşı var, qan var, ölümlər var, sıxıntılar var. O cümlədən Suriyada. Orada ölənlərin sayı 100 mini ötüb".

Baş nazirin müavini qeyd edib ki, BMT Suriyada qan tökülməsinin qarşısını almaqdansa, bu vaxta qədər etdiyi şey Suriyada ölü saymaqdır: "BMT yalnız ölənlərin sayı ilə bağlı raport hazırlayır".

Xəbər lenti

Xəbər lenti