...

Əhməd Davudoğlu İran Prezidentilə görüşüb

Siyasət Materials 5 Avqust 2013 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehranda İran Prezidenti Həsən Ruhanilə görüşüb. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Görüş zamanı Davudoğlu və Ruhani ikitərəfli əməkdaşlıq məsələlərini və regional problemləri müzakirə ediblər.

Davudoğlunun iranlı həmkarı Əli Əkbər Salehilə görüşəcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti