...

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya siyasi, iqtisadi, enerji sahələrində uğurla irəliləyirlər

Siyasət Materials 11 Avqust 2013 18:49 (UTC +04:00)
Avqustun 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya siyasi, iqtisadi, enerji sahələrində uğurla irəliləyirlər

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir A.Bədəlova/

Avqustun 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev görüşdə bildirib ki, Azərbaycan və İtaliya siyasi, iqtisadi, enerji sahələri daxil olmaqla gündəlikdə olan bir çox məsələlər üzrə uğurla irəliləyirlər.

Prezidentin sözlərinə görə, Azərbaycan və İtaliya son bir neçə il ərzində sıx əməkdaşlığa nail olublar: "Mən əminəm ki, yaxın illər ərzində bu tərəfdaşlıq genişlənəcək və yüksək səviyyəyə çatacaq".

İlham Əliyev qeyd edib: "Biz əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyi üzrə ümumi anlayışımızı müzakirə etdik. Biz ölkəmizə səfərinizi yüksək qiymətləndiririk. Bu, dostluğumuzun göstəricisidir, həmçinin ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə etmək üçün yaxşı imkandır".

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta isə öz növbəsində səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Burada olmaq və sizinlə, Azərbaycan hökuməti ilə əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə etmək imkanına görə Sizə minnətdaram".

E.Letta deyib: "Boru kəmərinin seçilməsi üzrə qərar bizim üçün böyük imkandır. TAP boru kəmərinin seçilməsi İtaliya və Avropanın böyük hissəsi üçün çox vacibdir. Mən bu imkandan istifadə edərək təkcə enerji sahəsində deyil, digər sahələrdə də münasibətlərimizi və əməkdaşlığımızı genişləndirməyin bizim üçün hazırda nə qədər vacib olduğunu demək istəyirəm".

Nazirlər Şurası Prezidentinin sözlərinə görə, iki ölkə arasında Əfqanıstan üzrə çox yaxşı əməkdaşlıq mövcuddur: "Biz iqtisadi əməkdaşlıq üzrə müsbət istiqamətdə dəyişikliklərə də nail olmaq istəyirik".

E.Letta qeyd edib ki, noyabrın əvvəlində Bakıya İtaliyadan yüksək səviyyəli nümayəndə heyətinin səfəri gözlənilir: "Nümayəndə heyətinin səfəri ikitərəfli əməkdaşlığın inkişafı baxımından çox vacibdir".

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta birgə bəyannamə qəbul etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti