...

Enriko Letta: TAP layihəsi təkcə İtaliya deyil, bütün region üçün vacibdir

Siyasət Materials 11 Avqust 2013 19:06 (UTC +04:00)
Trans-Adriatik bori kəməri (TAP) layihəsi təkcə İtaliya deyil, bütün region üçün vacibdir. Trend-in məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında deyib.
Enriko Letta: TAP layihəsi təkcə İtaliya deyil, bütün region üçün vacibdir

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir A.Bədəlova/

Trans-Adriatik bori kəməri (TAP) layihəsi təkcə İtaliya deyil, bütün region üçün vacibdir. Trend-in məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında deyib.

E.Letta bildirib: "Biz Yunanıstan, Albaniya və Türkiyə ilə əməkdaşlığa başlamışıq. Mən kommersiya və sənaye seçiminə görə Azərbaycana təşəkkür etmək istəyirəm".

Nazirlər Şurasının Prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə status-kvo qəbuledilməzdir. Onun sözlərinə görə, İtaliya bu münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: "Biz əminik ki, uzun müddət davam edən münaqişələr heç kəsin maraqlarına xidmət etmir".

İtaliyanın münaqişənin həllində maraqlı olduğunu bildirən E.Letta deyib: "Gələn il biz Avropa İttifaqında sədrlik edəcəyik və bütün səylərimizi belə münaqişələrin nizamlanmasına istiqamətləndirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti