...

İtaliya Nazirlər Şurasının Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 12 Avqust 2013 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend /

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfəri bazar ertəsi başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti