...

Milli Şuranın keçirdiyi icazəli mitinqdə bəzi iştirakçılar şəhid ailəsinin adından istifadə edərək təxribata əl atıblar

Siyasət Materials 18 Avqust 2013 19:58 (UTC +04:00)
Bununla da mitinq iştirakçılarını təxribata sövq ediblər. Ona görə də onlar saxlanılıb, şəxsiyyətləri müəyyən edilib və aydın olub ki, onların heç biri şəhid ailəsi deyil və sadəcə əvvəlcədən planlaşdırıldığı kimi təxribat törətməyə cəhd ediblər.
Milli Şuranın keçirdiyi icazəli mitinqdə bəzi iştirakçılar şəhid ailəsinin adından istifadə edərək təxribata əl atıblar

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Milli Şuranın keçirdiyi mitinqdə bəzi iştirakçılar şəhid ailəsinin adından istifadə edərək təxribata əl atıblar.

Mitinqdə təhlükəsizliyi təmin edən polis əməkdaşlarından birinin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, 5 nəfər guya övladları şəhid olmuş ailələrinin üzvləri kimi təqdim edərək razılaşdırılmış mitinqin müəyyən olunmuş məqsədindən kənar çağırışlar və şüarlar səsləndiriblər.

Bununla da mitinq iştirakçılarını təxribata sövq ediblər. Ona görə də onlar saxlanılıb, şəxsiyyətləri müəyyən edilib və aydın olub ki, onların heç biri şəhid ailəsi deyil və sadəcə əvvəlcədən planlaşdırıldığı kimi təxribat törətməyə cəhd ediblər.

Polisin verdiyi məlumata görə, bunların 4-ü qadın, biri kişidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti