...

Mübariz Qurbanlı: Ermənistanın Gömrük İttifaqına daxil olması müstəqil siyasət yürütməməsinin nəticəsidir

Siyasət Materials 6 Sentyabr 2013 17:04 (UTC +04:00)
Ermənistanın Gömrük İttifaqına daxil olması təbii ki, Ermənistanın müstəqil siyasət yürütməməsinin nəticəsidir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: Ermənistanın Gömrük İttifaqına daxil olması müstəqil siyasət yürütməməsinin nəticəsidir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın Gömrük İttifaqına daxil olması təbii ki, Ermənistanın müstəqil siyasət yürütməməsinin nəticəsidir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Millət vəkili vurğulayıb ki, Ermənistan forpostdur və onun daxili və xarici siyasəti üçüncü ölkənin tam nəzarətindədir.

M.Qurbanlı əlavə edib ki, belə bir hadisənin olması da Ermənistanın Avropa İttifaqı ilə assosiativ üzvlüyünə gedən yolu bağlayır və bundan da ən böyük ziyanı Ermənistan özü çəkəcək: "Çünki Ermənistan iqtisadiyyatı çökür və belə bir şəraitdə Avropa İttifaqı ilə onun əməkdaşlığı dayanacaq".

Millət vəkili hesab edir ki, bu, Ermənistana böyük ziyan vuracaq, çünki birmənalı şəkildə Gömrük İttifaqının üzvü olması artıq onun Avropanın bir sıra proqramlarından kənarda qalmasına və Avropadan alacağı dilənçi paylarının kəsilməsinə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti