...

Misir ordusu Sinay yarmadasında islamçı döyüşçülərə qarşı genişmiqyaslı əməliyyata başlayıb

Siyasət Materials 7 Sentyabr 2013 23:48 (UTC +04:00)
Misir ordusu Sinay yarmadasında tankların və vertolyotların köməyilə islamçı döyüşçülərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata, Misir təhlükəsizlik orqanlarının əməkdaşının sözlərinə görə, artıq bir neçə üsyançı öldürülüb və yaralanıb.
Misir ordusu Sinay yarmadasında islamçı döyüşçülərə qarşı genişmiqyaslı əməliyyata başlayıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Misir ordusu Sinay yarmadasında tankların və vertolyotların köməyilə islamçı döyüşçülərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata, Misir təhlükəsizlik orqanlarının əməkdaşının sözlərinə görə, artıq bir neçə üsyançı öldürülüb və yaralanıb.

"Bu, bu günə qədər keçirilmiş ən geniş miqyaslı əməliyyatdır. Bu gündən başlayaraq, bir daha nəzarət-buraxılış və polis məntəqələrinə hücumların şahidi olmayacaqsız" - deyə Sinay yarmadasında yerləşən 12 yaşayış məntəqəsinin başçısı Həsən Xələf bildirib.

Xəbər lenti

Xəbər lenti