...

ALP sədrindən İsa Qəmbərə mesaj

Siyasət Materials 9 Sentyabr 2013 13:14 (UTC +04:00)
Azərbaycan Liberal Partiyası (ALP) Cəmil Həsənliyə söz verib ki, Müsavat Partiyasının ALP-ə qarşı haqsız əks-təbliğatına cavab verməyəcək. Bu barədə Trend-ə ALP sədri Əvəz Temirxan deyib.
ALP sədrindən İsa Qəmbərə mesaj

Azərbaycan, Bakı, 9 sentyabr / Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Liberal Partiyası (ALP) Cəmil Həsənliyə söz verib ki, Müsavat Partiyasının ALP-ə qarşı haqsız əks-təbliğatına cavab verməyəcək, ancaq proseslər bu cür davam etsə, arqumentləri ortaya qoyacıq. Bu barədə Trend-ə ALP sədri Əvəz Temirxan deyib.

Ə.Temirxan qeyd edib ki, İsa Qəmbər birtərəfli qaydada davam etsə, bu, onun işidir:

"Amma cavab verəndə də, sözsüz ki, arqumentli cavab verəcəyik. ALP Milli Şuradadır və İsa Qəmbərin ALP-nın Milli Şuradan uzaqlaşması ilə bağlı açıqlamasına cavab verməyə ehtiyac duymuram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti