...

Kerri və Netanyahu Suriya və İsrail-Fələstin münasibətlərini müzakirə edəcək

Siyasət Materials 15 Sentyabr 2013 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Suriyadakı vəziyyət və İsrail-Fələstin dialoqu ABŞ-ın dövlət katibi Con Kerrinin və İsrailin baş naziri Binyamin Netanyahunun görüşünün əsas müzakirə predmeti olacaq. Bu barədə Trend İnterfaks-a istinadən məlumat verib.

Məlumata görə, görüş bir neçə saat davam edəcək və bazar günü axşam başa çatacaq.

Qeyd edək ki, Kerri iyul ayından Yaxın Şərq ölkələrinə səfər etməyib.

Xəbər lenti

Xəbər lenti