...

İlham Əliyev Angela Merkeli təbrik edib

Siyasət Materials 23 Sentyabr 2013 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Angela Merkeli təbrik edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Başçılıq etdiyiniz siyasi birliyin parlament seçkilərində inamlı qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın təzahürüdür.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik".

İlham Əliyev Angela Merkelə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti