...

BMT-də İranın nüvə proqramı üzrə görüş keçirilir

Siyasət Materials 27 Sentyabr 2013 02:28 (UTC +04:00)
İranın nüvə proqramı üzrə danışıqlar aparan "altılıq" ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) xarici işlər nazirləri İran XİN rəhbəri Cavad Zəriflə görüşmək üçün BMT Baş Assambleyasında bir araya gəliblər.
BMT-də İranın nüvə proqramı üzrə görüş keçirilir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

İranın nüvə proqramı üzrə danışıqlar aparan "altılıq" ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) xarici işlər nazirləri İran XİN rəhbəri Cavad Zəriflə görüşmək üçün BMT Baş Assambleyasında bir araya gəliblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, RF tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov iştirak edir.

İclasın keçirildiyi zala daxil olan nazirlər şərh verməkdən imtina ediblər. Yalnız ABŞ dövlət katibi "yaxşı görüş"ün keçiriləcəyinə ümid etdiyini deyib.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani BMT tribunasından bəyan etmişdi ki, Tehran nüvə proqramı üzrə səmərəli danışıqlara dərhal başlamağa hazırdır. Onun sözlərinə görə, İranın təhlükəsizlik və müdafiə üzrə doktrinasında nüvə silahına yer yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti