...

İran və Oman birgə hərbi təlimlər keçirəcək

Siyasət Materials 28 Sentyabr 2013 14:51 (UTC +04:00)
İran və Oman hərbi dəniz qüvvələri 2014-cü ilin fevral ayında birgə təlimlər keçirəcək.
İran və Oman birgə hərbi təlimlər keçirəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran və Oman hərbi dəniz qüvvələri 2014-cü ilin fevral ayında birgə təlimlər keçirəcək. Trend IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri Həbibullah Səyyari deyib.

H.Səyyari bildirib ii, iki ölkənin hərbi dəniz qüvvələri dənizdə yardım və xilasetmə üzrə təlimlər keçirəcək.

Qeyd edək ki, İran və Oman hərbi dəniz qüvvələri bundan əvvəl də bir neçə dəfə dənizdə yardım və xilasetmə üzrə təlimlər keçirib.

H.Səyyari həmçinin əlavə edib ki, İran HDQ Omanla təlimlərdən əvvəl "Velayat-92" adlı hərbi dəniz təlimləri də keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti