...

Oqtay Əsədov: Azərbaycan xalqı prezident seçkilərində düzgün qərar verəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Sentyabr 2013 12:16 (UTC +04:00)
Spiker qeyd edib ki, bu ilin payız sessiyası prezident seçkiləri kimi əlamətdar hadisə ilə üst-üstə düşür.
Oqtay Əsədov: Azərbaycan xalqı prezident seçkilərində düzgün qərar verəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqı prezident seçkilərində düzgün qərar verəcək, Trend-in məlumatına görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin payız sessiyasının ilk iclasının açılışında deyib.

Spiker qeyd edib ki, bu ilin payız sessiyası prezident seçkiləri kimi əlamətdar hadisə ilə üst-üstə düşür: "Əminəm ki, Azərbaycan xalqı çox müdrik xalqdır, öz gələcəyi və inkişafında sözünü deyəcək və öz Prezidentini seçəcək".

Millət vəkili Sahib Alıyev isə çıxışında deyib ki, prezidentliyə namizədlərin teledebatlarına baxanda adamın ürəyi ağrıyır.

Onun sözlərinə görə, bu gün normal və konstruktiv tənqid və dialoq ancaq parlament müstəvisində keçirilir. Bu gün başa düşürəm ki, radikal müxalifət niyə parlamentdən kənarda qalıb. Onlar konstrukitv mövqe nümayiş etdirə bilmədiklərinə görə kənarda qalıblar: "Çünki onlar nə normal tənqid edə bilir, nə də siyasi mübarizə apara bilirlər. Bu qrup Qərb demokratiyasını Azərbaycana tətbiq etməyi çalışsa da, özləri bu prinsiplərin tətbiqinin əleyhinə çxır və bu prinsipləri pozurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti