...

Sergey İvanov: ABŞ-la RƏM məsələsində əməkdaşlıq ola bilməz

Siyasət Materials 1 Oktyabr 2013 05:21 (UTC +04:00)
Rusiya Federasiyası və ABŞ maraqlar fərqi baxımından bəzi məsələlər üzrə əməkdaşlıq edə bilər, lakin elə problemlər var ki, onları heç iki dövlət nümayəndələrinin şəxsi münasibətləri əsasında da həll etmək mümkün deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov deyib.
Sergey İvanov: ABŞ-la RƏM məsələsində əməkdaşlıq ola bilməz

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Rusiya Federasiyası və ABŞ maraqlar fərqi baxımından bəzi məsələlər üzrə əməkdaşlıq edə bilər, lakin elə problemlər var ki, onları heç iki dövlət nümayəndələrinin şəxsi münasibətləri əsasında da həll etmək mümkün deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov deyib.

"Mənim şəxsən Amerikada məsul vəzifə tutan şəxslərlə münasibətlərim var. Heç bir problem yoxdur. Lakin dövlətlərarası məsələlərə gəlincə, biz şəxsi maraqlarımızı saxlayırıq. Çünki onlar şəxsidir. Prezident yaxşı deyib: Düşünməyin ki, nə biz amerikaların, nə də amerikalılar bizim xoşumuza gəlməyə çalışır" - deyə o bildirib.

"Obyektiv səbəblərə görə, biz kütləvi qırğın silahlarının məhvi istiqamətində ciddi işləyirik. Çünki hər iki dövlət bu sahədə maraqlıdır. Lakin ABŞ-la RƏM məsələsində əməkdaşlıq ola bilməz. Ona görə ki, hər iki tərəfin öz maraqları var" - deyə İvanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti