...

Finlandiyada yaşayan soydaşlarımız dünya azərbaycanlılarını İlham Əliyevə səs verməyə çağırıblar

Siyasət Materials 3 Oktyabr 2013 15:24 (UTC +04:00)
Finlandiyada yaşayan həmvətənlərimiz dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar.
Finlandiyada yaşayan soydaşlarımız dünya azərbaycanlılarını İlham Əliyevə səs verməyə çağırıblar

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Finlandiyada yaşayan həmvətənlərimiz dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar.

Trend Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin Finlandiya azərbaycanlıları adından qəbul etdiyi bəyanatda deyilir ki, qloballaşan dünyada ölkəmizdə aparılan uğurlu xarici siyasət nəticəsində Finlandiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyəyə çatıb. Bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi, enerji, təhlükəsizlik sahəsində əlaqələrin və regional əməkdaşlığın möhkəmlənməsi baxımdan əhəmiyyətlidir.

Bəyanatda həmçinin bildirilir ki, qısa müddət ərzində qazanılan nailiyyətlər, yüksək iqtisadi inkişaf Azərbaycan hökumətinin əzmkarlığının nəticəsidir. Avropada yaşayan hər bir azərbaycanlı kimi Finlandiya azərbaycanlıları da ölkəmizin bugünkü inkişafını alqışlayır və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər.

Finlandiya azərbaycanlıları qarşıdan gələn prezident seçkilərində bütün azərbaycanlıları Azərbaycan xalqının ümummilli liderinin layiqli davamçısı - İlham Əliyevə səs verməyə çağırır.

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində təsis olunub. Təranə Nəzərovanın rəhbərliyi altında fəaliyyət göstərən təşkilat Azərbaycan mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini təbliğ edir, Azərbaycanın qarşılaşdığı problemləri Finlandiya ictimaiyyətinə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti