...

Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir

Siyasət Materials 4 Oktyabr 2013 12:49 (UTC +04:00)
Azərbaycanda Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir.
Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Birinci vise-spiker qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda işlənib qurtardıqdan sonra müəyyən ekspertizalardan keçəcək və sənədin payız sessiyasında müzakirəyə çıxarılacağı gözləniıir: "Bu qanuna ciddi ehtiyac var. Prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir və Prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir. Nəzərə alaq ki, Konstitusiyanın 106-cı maddəsi də bunu tələb edir".

Z.Əsgərov qeyd edib ki, layihənin hazırlanmasına şəxsən özü rəhbərlik edir: "Bunun üçün biz Konstitusiyanın 106-cı maddəsini əsas götürmüşük. Artıq layihənin adı da rəsmi olaraq müəyyənləşib, "Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında" qanun layihəsi adlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti