...

Prezidentliyə namizəd Sərdar Cəlaloğlu səs verib

Siyasət Materials 9 Oktyabr 2013 12:53 (UTC +04:00)
Azərbaycan prezidentliyinə namizəd Sərdar Cəlaloğlu 23 sayli Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində səs verib.
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu səs verib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir N.Ümid/

Azərbaycan prezidentliyinə namizəd Sərdar Cəlaloğlu 23 sayli Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində səs verib.

Trend-in məlumatına görə, o, həyat yoldaşı ilə birlikdə səs verib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti