...

Milli Şuranın MSK-ya müraciəti təmin edilmədi

Siyasət Materials 13 Oktyabr 2013 12:46 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Milli Şuranın MSK-ya müraciəti təmin edilmədi

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda, MSK-ya daxil olan müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova müraciətlər haqqında məlumat verərək qeyd edib ki, MSK-ya Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən seçki günü bəzi seçki məntəqələrində qanun pozuntuları olduğunu iddia edən şikayət xarakterli müraciət edilib.

A.Muxtarova bildirib ki, Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq araşdırma nəticəsinə müəyyən olunub ki, G.Aslanlı tərəfindən təqdim olunan müraciətdə istinad edilən aktların əslləri deyil, surətləridir.

MSK katibi qeyd edib ki, G.Aslanlı ilə bir neçə dəfə əlaqə saxlanılıb, bildirilib ki, müvafiq araşdırma aparmaq üçün aktların əslləri təqdim edilməlidir. A.Muxtarovanın sözlərinə görə, G.Aslanlı aktların əsllərini təqdim etməyə etiraz edib.

A.Muxtarova bildirib ki, aktların əslləri olmadığına görə, müraciət əsassız olmalıdır, çünki qanuna uyğun olaraq araşdırma aparılması üçün sənədlərin əsli təqdim olunmalıdır: "Sənədlərin əsli olmadığına görə, müraciət əsassız hesab olunundan təmin edilməyib".

Daha sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən təqdim olunan müraciətin əsassız olması barədə təklif səsə qoyulub və MSK üzvləri tərəfindən qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb: "Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti