...

ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefa müraciəti ilə bağlı qərar verdi

Siyasət Materials 14 Oktyabr 2013 15:00 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti partiyanın sədri Sərdar Cəlaloğlunun istefa müraciəti ilə bağlı qərar qəbul edib.
ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefa müraciəti ilə bağlı qərar verdi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti partiyanın sədri Sərdar Cəlaloğlunun istefa müraciəti ilə bağlı qərar qəbul edib.

ADP sədrinin müavini Taliyət Əliyev Trend-ə bildirib ki, İdarə Heyəti ADP-nin qurultayının çağırılması və Sərdar Cəlaloğlunun qurultaya qədər partiya sədri funksiyalarını yerinə yetirməsi barədə qərar qəbul edib:

"Yaxın günlərdə ADP Ali Məclisinin Rəyasət Heyəti məclisin növbəti sessiyasının vaxtını müəyyən edəcək, sessiya çağırılacaq, orada qurultaya hazırlıq və Təşkilat Komitəsi yaradılacaq və qurultayın keçirilməsinə hazırlığa başlanılacaq".

Ümumilikdə İdarə Heyətinin Sərdar Cəlaloğlunun istefasının əleyhinə olduğunu deyən T.Əliyev bildirib ki, yekun qərar qurultayda veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti