...

MDB dövlət başçıları Minskdə Fəxri qonaqlar xiyabanının təməlqoyma mərasimində iştirak ediblər

Siyasət Materials 25 Oktyabr 2013 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

MDB dövlət başçıları Minskdə yeni Müstəqillik Sarayının ətrafında Fəxri qonaqlar xiyabanının təməlqoyma mərasimində iştirak ediblər.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bu, Minskdə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasının yekun tədbiri olub. Tədbirdə MDB ölkələrinin liderləri ağac əkiblər.

Sammit çərçivəsində ən yüksək səviyyədə keçirilmiş görüşlərdə MDB ölkələrinin liderləri inteqrasiyada maraqlı olduqlarını təsdiq ediblər. Yüksək səviyyədə əldə edilmiş razılıqların yekunu olaraq, inteqrasiya proseslərində əhəmiyyətli addımlar atıldığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti