...

Lavrov və Kerri Suriya üzrə beynəlxalq konfransın hazırlığını telefonla müzakirə ediblər

Siyasət Materials 26 Oktyabr 2013 21:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriya münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfransın hazırlanması zamanı Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyətini müzakirə ediblər. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə RF xarici işlər nazirliyinin saytında bildirilir.

Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə şənbə günü keçirilib.

"Suriyada münaqişənin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq konfransa hazırlıq məqsədi ilə Rusiya-ABŞ əməkdaşlıq məsələləri müzakirə olunub," - nazirlik xəbər verir.

Hazırda Suriya ilə sülh konfransı "Cenevrə-2"-yə hazırlıq işi aparılır. Konfrans ABŞ və Rusiyanın təşəbbüsü ilə çağırılır. Tədbirin tarixi hələ dəqiq müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti