...

MSK: Gürcüstan prezidenti seçkilərində seçicilərin 46 faizi iştirak edib

Siyasət Materials 27 Oktyabr 2013 21:52 (UTC +04:00)
Gürcüstanda keçirilən prezident seçkilərində seçici fəallığı 46 faiz təşkil edib.
MSK: Gürcüstan prezidenti seçkilərində seçicilərin 46 faizi iştirak edib

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda keçirilən prezident seçkilərində seçici fəallığı 46 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi xanım Eka Azaraşvili yekun brifinqdə deyib.

MSK-nın məlumatına görə, seçkilərdə 1 646 350 seçici iştirak edib.

Komissiya ümumilikdə Gürcüstan ərazisində seçicilərin sayının 3 537 719 nəfər təşkil etdiyini bildirib.

"Exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti