...

Dövlət Komitəsinin sədri: Tolerantlıq Azərbaycan modelinin ən yüksək kateqoriyasıdır

Siyasət Materials 1 Noyabr 2013 13:28 (UTC +04:00)
Tolerantlıq dinlərarası və millətlərarası səviyyələrdə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan Azərbaycan modelinin ən yüksək kateqoriyasıdır.
Dövlət Komitəsinin sədri: Tolerantlıq Azərbaycan modelinin ən yüksək kateqoriyasıdır

Azərbaycan, Bakı, 1 noyabr/Trend, müxbir E. Tariverdiyeva/

Tolerantlıq dinlərarası və millətlərarası səviyyələrdə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan Azərbaycan modelinin ən yüksək kateqoriyasıdır. Trend-in məlumatına görə, bunu cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov III Bakı Beynəlxalq Humanitar Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, bugünkü foruma bənzər tədbirlərin keçirilməsinin bir neçə müsbət məqamları var: "Onlardan biri Azərbaycan modeli haqqında həqiqəti bütün dünyaya çatdırmaqdır. Hazırda bütün dünya multikulturalizm modelinin tətbiq edilməsində siyasi iradəyə ehtiyac duyur".

E. İskəndərov bildirib: "Bizim modeli tətbiq etmək və ya etməmək, həmçinin onun digər ölkələrdə tətbiqinin mümkünlüyü həmin dövlətlərin ictimaiyyətinə aid məsələdir. Bizim vəzifəmiz müxtəlif dinlər və xalqlar arasında qarşılıqlı anlayış və dialoq tendensiyasının gücləndirilməsi üçün hər şeyi etməkdir".

Oktyabrın 31-dən noyabrən 1-dək Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

İki gün davam edəcək Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti