...

Fransanın xarici ticarət naziri noyabrın sonunda Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Noyabr 2013 16:56 (UTC +04:00)
Fransanın xarici ticarət naziri xanım Nikole Brik noyabrın sonunda Azərbaycana səfər edəcək.
Fransanın xarici ticarət naziri noyabrın sonunda Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/

Fransanın xarici ticarət naziri xanım Nikole Brik noyabrın sonunda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan-Fransa qarşılıqlı iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etməkdir.

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 183,2 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti