...

Tbilisidə GUAM PA-nın VI iclası keçiriləcək

Siyasət Materials 29 Noyabr 2013 20:33 (UTC +04:00)
Dekabrın 2-3-də Tbilisidə GUAM Parlament Assambleyasının (PA) VI iclası keçiriləcək.
Tbilisidə GUAM PA-nın VI iclası keçiriləcək

Gürcüstan, Bakı, 29 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Dekabrın 2-3-də Tbilisidə GUAM Parlament Assambleyasının (PA) VI iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, Polşa, Latviya və Estoniyadan olan nümayəndə heyətləri iştirak edəcəklər. İclasın gündəliyində GUAM-ın geosiyasi mühiti və onun GUAM formatında əməkdaşlığa təsiri, siyasi münasibətlər və Avropa, eləcə də avroatlantik inteqrasiya, müxtəlif sahələr üzrə əməkdaşlıq, qlobal çağırış və birgə addımlarla bağlı məsələlər var.

Sessiyanı GUAM PA-nın sədri Zurab Abaşidze açıq elan edəcək. Gürcüstan parlamentinin sədri David Usupaşvilinin iştirak edəcəyi sessiyada yekun sənəd qəbul olunacaq.

Sessiya çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti