...

Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Siyasət Materials 6 Dekabr 2013 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 90 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti