Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda sərhəd mühafizəsi sisteminin inkişafına dair yeni dövlət proqramı qəbul ediləcək.
Trend-in məlumatına görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Müşavirədə qeyd edilib ki, "2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul ediləcək.
Artıq adıçəkilən sənədin layihəsi hazırlanaraq müvafiq instansiyalara təqdim olunub.