...

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Siyasət Materials 29 Dekabr 2013 19:58 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə mərasim keçirilib.
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə mərasim keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Küveytdə yaşayan, işləyən və oxuyan həmvətənlərimiz, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verən Küveyt vətəndaşları, həmçinin səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Bayram mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətini tədbir iştirakçılarının diqqətinə çatdıran səfirliyin müşaviri Tamerlan Xəlilov dünyada yaşayan bütün azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətini vurğulayaraq, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, öz imkanları daxilində doğma vətənimizin təbliğatı, tanınması və nüfuzunun daha da artması üçün əlindən gələn töhfəni verməsinin əhəmiyyətini xüsusi qeyd edib.

T.Xəlilov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunduğunu və bu bayramın artıq xalqımızın ənənəsinə çevrildiyini və bü gün bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinclə qeyd edildiyini bildirib.

Mərasimdə Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarından bəhs edən film nümayiş etdirilib. Tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti