...

İsrail ABŞ-ın İordan vadisi üzrə təklifini rədd etdi

Siyasət Materials 5 Yanvar 2014 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

İsrail ABŞ-ın İordan vadisində təhlükəsizliyin təmin edilməsi üzrə təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi İsrail hökumətinin üzvünə istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri İsrail və Fələstin arasında dayandırılmış müzakirələrin davam etdirilməsinə kömək məqsədilə yanvarın 2-də Yaxın Şərqdə səfərdə olub. Bu, C.Kerrinin dövlət katibi kimi regiona 10-cu səfəridir.

İsrailin kəşfiyyat və strategiya naziri Yuval Ştaynits bildirib: "Təhlükəsizlik bizim əlimizdə olmalıdır. İordan vadisində problemin beynəlxalq qüvvələrin yerləşdirilməsi, Fələstin polisi və ya texniki vasitələrlə həllini təklif edənlər Yaxın Şərqdəki prosesləri anlamırlar".

Qeyd edək ki, hazırda İordan vadisi İsrailin tam hərbi və inzibati nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti