...

Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib

Siyasət Materials 7 Yanvar 2014 12:27 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyyət" qəzeti xəbər yayıb.
Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib

Azərbaycan, Bakı, 7 yanvar / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin paytaxtı Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyyət" qəzeti xəbər yayıb.

Məlumata görə, onlardan 80 nəfəri yüksək rütbəli polis əməkdaşıdır.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyənin bəzi şəhərlərində polis orqanlarında kadr dəyişiklikləri aparılır.

Polis orqanlarında kadr islahatları Sakarya, Çanakala, Malatya, Samsun, Batman, Yozqat və Elyazıq, Kutahya və Tokat şəhərlərində aparılıb.

Bundan əvvəl Ankara Təhlükəsizlik İdarəsində 18 vəzifəli şəxsə şamil edilən kadr dəyişiklikləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti