...

Ukraynanın xarici işər naziri MDB ölkələrinin səfirlərini qəbul edib

Siyasət Materials 16 Yanvar 2014 17:41 (UTC +04:00)
Ukraynanın Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinin başlaması ilə əlaqədar olaraq bu ölkənin xarici işlər naziri Leonid Kojara MDB ölkələrinin səfirlərini qəbul edib.
Ukraynanın xarici işər naziri MDB ölkələrinin səfirlərini qəbul edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Əhmədova/

Ukraynanın Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinin başlaması ilə əlaqədar olaraq bu ölkənin xarici işlər naziri Leonid Kojara MDB ölkələrinin səfirlərini qəbul edib.

Trend-in Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Ukraynanın MDB-də sədrliyi dövründə prioritetləri və MDB ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

L.Kojara ölkəsinin MDB-də sədrliyi dövründə xüsusi diqqəti iqtisadi məsələlərə, xüsusilə də boru kəmərləri tranziti, xidmət sahəsində azad ticarət, ixrac rüsumlarının tədricən aradan qaldırılması sahəsində saziş layihələrinin hazırlanmasına yönəldiləcək.

Sədrliyi dövründə Ukrayna mədəni və humanitar əməkdaşlığın inkişafına da xüsusi diqqət ayıracaq.

MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri də Ukraynanın sədrliyinin uğurlu olacağına və ölkənin sədrliyi dövründəki prioritetləri dəstəkləyəcəklərini vurğulayıblar.

Həmçinin 2014-cü ilin MDB məkanında "Turizm ili" elan olunması münasibətilə Beynəlxalq Kiyev Turizm Forumunun və MDB Turizm Şurasının iclasının keçirilməsi barədə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti