Prezident İlham Əliyev: Azərbaycanın gələcək uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri həmişə diqqət mərkəzində olmalıdır (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanın gələcək uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri həmişə diqqət mərkəzində olmalıdır (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Dövlətimizin başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulmuş, köhnə tikililər sökülərək yeni binalar inşa edilmişdir. Yeni tikilən beşmərtəbəli iki binada Xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri aparılmış, bütün idman qurğuları, o cümlədən qaçış zolağı, tribuna yenidən qurulmuşdur.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleksin girişində ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkədə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs edən fotoguşə yaradılmışdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılmışdır. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.

Dövlətimizin başçısı Xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlara baxdı. Qeyd olundu ki, bu müasir avadanlıq vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıq əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, kompleksdə müasir avadanlıqla təchiz olunmuş tibb məntəqəsi də vardır. Buradakı təlimat zalları yüksək səviyyədə qurulmuşdur. Kompleksdə bir sıra idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmışdır.

Azərbaycan Prezidenti əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxdı.

Məlumat verildi ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuşdur. Kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılmışdır.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşdü.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xidmətin şəxsi heyətini salamlayaraq deyib: "Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma-tikinti işləri ilə tanış oldum. İşlər çox yüksək səviyyədə görülür, inzibati binalar tikilir, təmir edilir. Gözəl idman kompleksi tikilmişdir. Burada istənilən yarışı keçirmək mümkündür. Əlbəttə ki, burada əməkdaşların fiziki hazırlığı üçün bütün imkanlar vardır. Çünki Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşəkarlığının tərkib hissəsi olan fiziki hazırlıq da yüksək səviyyədə olmalıdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq mümkündür. Əminəm ki, əməkdaşlar bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər, yüksək keyfiyyətlə, zövqlə tikilmiş bu idman kompleksi, uzun illər uğurla fəaliyyət göstərəcəkdir.

Əlbəttə ki, burada əməkdaşların xüsusi hazırlığı üçün bütün imkanlar vardır. Mən əvvəlki illərdə Xidmətin müxtəlif obyektlərinin - həm xüsusi hazırlıqla bağlı, həm də digər obyektlərin açılışında iştirak etmişəm. Yəni, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazası kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl hospital, təlim bazası açılmışdır. Xüsusi hazırlıq, fiziki hazırlıq, eyni zamanda, mühafizə tədbirlərinin gücləndirilməsi üçün burada bütün imkanlar vardır".

Dövlət başçısı qeyd edib ki, bu gün yeni texnologiyalar tətbiq edilir: "Əlbəttə ki, biz Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi işində bu texnologiyalardan istifadə edirik, müşahidə imkanları genişlənir. Yəni, texniki təchizat sizin işinizi yüngülləşdirir. Ancaq, eyni zamanda, əməliyyat işləri də həmişə böyük önəm daşıyır. Xidmətin əməliyyat işləri də yüksək səviyyədədir. Xidmətin çox böyük funksiyaları vardır. Dövlət orqanlarının, dövlət obyektlərinin mühafizəsi məsələləri böyük əhəmiyyət daşıyır. Bu gün müstəqil dövlətimizin uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilməlidir".

İlham Əliyev bildirib ki, Azərbaycanda ictimai-siyasi asayiş təmin edilir, sabitlik mövcuddur və insanlarımız təhlükəsiz şəraitdə yaşayırlar. Əlbəttə ki, gələcək uğurlu inkişafımız üçün təhlükəsizlik tədbirləri həmişə diqqət mərkəzində olmalıdır:

"Mən Xüsusi Dövlət Mühafizə Xidmətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Azərbaycana gələn çoxsaylı yüksək vəzifəli nümayəndə heyətlərinin mühafizəsi də sizin məsuliyyətinizdir. Nəzərə alsaq ki, bu gün Azərbaycan və Bakı artıq siyasi və iqtisadi mərkəzə çevrilibdir, burada keçirilən tədbirlərin sayı həddindən artıq çoxdur. Bütün mötəbər tədbirlərdə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilir. Siz Azərbaycana gələn xarici dövlət, hökumət başçılarının mühafizəsini təmin edirsiniz. Zirvə görüşləri, digər beynəlxalq forumlar keçirilir. Əlbəttə ki, bu tədbirlərin mühafizəsi bilavasitə sizin məsuliyyətinizdir. Demək olar ki, Azərbaycanda hər ay, bəlkə də ayda bir neçə dəfə mötəbər tədbirlər keçirilir. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsində Xidmətin əməkdaşlarının xidmətləri vardır.

Eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən enerji sahəsində də sizin xidmətləriniz vardır. İxrac boru kəmərlərinin mühafizəsi də sizə həvalə edilibdir. Uzun illərdir ki, siz strateji enerji infrastrukturunun mühafizəsi ilə məşğulsunuz və bu illər ərzində bir dənə də xoşagəlməz hadisə olmamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər kəmərlər, onların fəaliyyəti Azərbaycan ərazisində ən yüksək səviyyədə təmin edilir. Bir dəfə də olsun heç bir qanunsuz müdaxilə olmamışdır. Ancaq başqa ölkələrdə belə müdaxilələr, qanunsuz əməllər, o kəmərlərdən neftin oğurlanması halları kifayət qədər çox olubdur. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan əhalisi bu məsələyə lazımi səviyyədə yanaşır. Eyni zamanda, mühafizə sistemi də lazımi səviyyədə qurulubdur. Həm elektron vasitələrlə müşahidə, eyni zamanda, vizual müşahidə yüksək səviyyədə təmin edilir".

Prezident deyib ki, beləliklə, ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan əsas ixrac kəmərlərimiz Xidmət tərəfindən yüksək səviyyədə təmin edilir və qorunur:

"Əlbəttə ki, mən Prezident kimi Xidmətin uğurlu fəaliyyəti üçün həmişə öz dəstəyimi vermişəm. Xidmətin rəhbərliyindən gələn demək olar ki, bütün təklifləri qəbul etmişəm. Xidmətin maddi-texniki bazasının yaxşılaşdırılması, əməkdaşların məişət problemlərinin həlli üçün lazım olan bütün göstərişlər verilmişdir. Bu gün deyə bilərəm ki, bu idman kompleksinin açılışı bu sahədə nəzərdə tutulmuş bütün işləri tamamlayır: hospital, təlim-məşq mərkəzi, idman kompleksi, situasiya mərkəzi və müasir avadanlıqla təchizat - bütün işlər yüksək səviyyədə aparılır.

Son illər ərzində biz sizinlə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşük. Bir daha demək istəyirəm ki, mən Xidmətin fəaliyyətini yüksək qiymətləndirirəm. Xüsusi Dövlət Mühafizə Xidməti ölkəmizin uğurlu inkişafında böyük rol oynayır. Azərbaycanda təhlükəsizliklə bağlı bütün tədbirlər yüksək səviyyədə təmin edilir. Əminəm ki, bundan sonra da belə olacaqdır. Çünki yerləşdiyimiz region əlbəttə ki, hamımızdan xüsusi diqqət tələb edir. Azərbaycanın ətrafında gedən xoşagəlməz proseslər əlbəttə ki, bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır. Biz buna hazırıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, o cümlədən daxili sabitlik və təhlükəsizlik hesabına təmin edilir.

Sizə yeni ildə yeni uğurlar arzulayıram. Bu kompleksin, ümumiyyətlə, burada aparılan işlərin yüksək səviyyədə olduğunu bir daha qeyd etmək və sizi bu işlər münasibətilə təbrik etmək istəyirəm".

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov çıxış edərək deyib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi bir daha bizim hərbi şəhərcikdə şəxsi heyətin adından salamlayır, "Xoş gəlmisiniz" deyirəm. Bu, Sizin Xüsusi Dövlət Mühafizə Xidmətinə yeddinci səfərinizdir. Xidmətimizin fəaliyyəti ilə bağlı söylədiyiniz dəyərli fikirlərə görə də Sizə dərin minnətdarlığımı bildirirəm.

Bilirsiniz ki, Xüsusi Dövlət Mühafizə Xidməti 1993-cü ilin avqust ayında - Azərbaycanda vətəndaş müharibəsi və Ermənistan-Azərbaycan müharibəsinin getdiyi dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Bu Xidmətin əsası o dövrdə qoyulmuşdur. İyirmi ildən artıqdır fəaliyyət göstərən Xidmətimiz digər xüsusi xidmət orqanları ilə müqayisədə gəncdir. Amma gənc olmasına baxmayaraq, çox yüksək döyüş qabiliyyətinə və güclü maddi-texniki bazaya malikdir.

Təbiidir, Xüsusi Dövlət Mühafizə Xidmətinin yenidənqurmadan sonra bu gün açılışında iştirak etdiyiniz hərbi şəhərciyi, müasir tələblərə uyğun bu idman kompleksi Azərbaycan standartlarına cavab verən səviyyədə qurulubdur. Stadion, inzibati binalar - bunların hamısı Xidmətimizə Sizin göstərdiyiniz diqqət və qayğının əyani nümunəsidir. Bütün bu diqqət və qayğıya, fəaliyyətimizə, maddi-texniki bazamızın gücləndirilməsinə, şəxsi heyətin sosial-məişət problemlərinin həll olunmasına, sağlamlıqla bağlı hospitalın, "Nabran" istirahət mərkəzinin, - bizim şəxsi heyət burada istirahət edir, - açılmasına görə Sizə təşəkkür edirik. Təkcə 2003-2013-cü illər ərzində 800-ə yaxın mənzil tikilib istifadəyə verilibdir. Bu, Sizin diqqət və qayğınızdır, Xidmətimizin fəaliyyətinə göstərdiyiniz yüksək etimaddır.

Cənab Prezident, bu yüksək etimada görə Sizə şəxsi heyət adından bir daha təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da öz xidmətimizlə, əməyimizlə, işimizlə Sizin gərgin işinizlə ayaqlaşaraq etimadınızı doğruldacağıq. Təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Sağ olun".

Sonda xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin təşkili ilə bağlı imzaladığı Fərmanla yaradılan bu qurum təsis edildiyi gündən etibarən digər hüquq mühafizə orqanları kimi, ölkəmizdə sabitliyin və əmin-amanlığın təmin olunması, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sektorunda əldə edilən uğurlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artması, şaxələndirilmiş enerji marşrutlarının təhlükəsizlik məsələləri Xüsusi Dövlət Mühafizə Xidmətinin qarşısına yeni vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin yaradılması qurumun fəaliyyətini daha da genişləndirmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının daha da artırılması, qurumun ən müasir texniki avadanlıqla təchiz olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır.

Dövlətimizin başçısının Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Müasir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi yaradılmışdır. Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa ölkələrinin əksəriyyətində istifadə edilən "TETRA" radiorabitə sistemi tətbiq olunur. 2013-cü ilin aprelində Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması qurumun üzərinə yeni vəzifələr qoymuşdur.

Xüsusi Dövlət Mühafizə Xidməti son illər Azərbaycanda gedən sürətli inkişaf prosesləri, ölkədə nəhəng infrastruktur layihələrinin icrası, dövlət orqanlarının işinin keyfiyyətcə yeni mərhələyə daxil olması və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla həyata keçirir. Şəxsi heyətin sosial həyat şəraitinin yaxşılaşdırılması, xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə əlaqədar tədbirlər də ardıcıl olaraq davam etdirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin tikilməsi və bu çərçivədə bir çox digər tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı
SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı
Loading Bars
Xəbər lenti
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcək
Dünyada son bir həftədə rekord sayda şəxs koronavirusa yoluxub
Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün! - Nazirlikdən yeni videoçarx
Tunis sahillərində miqrantları aparan qayıq batıb, 11 ölü var
Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib
Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər
Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv edilir
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Boy hormonu çatışmazlığı olan 450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı
Yasamalda 7 küçə əsaslı təmir olunur (FOTO/VİDEO)
Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb (FOTO)
Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?
Ağacları kəsən şirkət cəzalandırılıb
Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı
Ötən gün qaz istehlakı maksimal həddə çatıb - "Azəriqaz"
Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi
SOCAR və “Equinor” şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir (FOTO/VİDEO)
Daha bir məktəb distant təhsilə keçir
Bu şəhər və rayonlarda vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ağaclar kəsilib, cinayət işləri açıldı
İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı AÇIQLANDI
Zəfər Günü ilə bağlı amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 hərbçiyə tətbiq edilib
Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb - Hərbi prokuror
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir - TƏHLİL
Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb - Xanlar Vəliyev
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
Gələn ay Ümrə ziyarətinin tarixləri və bilet qiymətləri məlum olub
İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb
“Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edilib
Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq - Türkiyəli ekspert
Vergi daxilolmalarının ən yüksək tempi ictimai iaşədə olub - Mikayıl Cabbarov
Sosial sığorta daxilolmaları 84 faizdən çox artıb
Bütün xəbərlər