...

Həsən Ruhani: İran iqtisadiyyatının dünyada ən güclülərdən biri olmaq üçün potensialı var

Siyasət Materials 23 Yanvar 2014 15:07 (UTC +04:00)
İran iqtisadiyyatının dünyada ən güclülərdən biri olmaq üçün böyük potensialı var. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Davosda Dünya İqtisadi Forumda çıxışı zamanı deyib.
Həsən Ruhani: İran iqtisadiyyatının dünyada ən güclülərdən biri olmaq üçün potensialı var

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

İran iqtisadiyyatının dünyada ən güclülərdən biri olmaq üçün böyük potensialı var. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Davosda Dünya İqtisadi Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İran iqtisadiyyatı yaxın 30 il ərzində dünyada ən güclü iqtisadiyyatlardan biri ola bilər: "Böhran illərində iqtisadiyyatda baş verənlər göstərir ki, heç bir ölkə təkbaşına mövcudluğunu qoruya bilməz".

H.Ruhani qeyd edib ki, İran regionun bütün ölkələri ilə müxtəlif məsələlər üzrə əməkdaşlığa hazırdır: "Bura Suriya münaqişəsi, iqtisadiyyatın təhlükəsizliyi, sosial və və mədəniyyət məsələləri daxildir. İran Türkiyə, İraq, Rusiya, Pakistan və Əfqanıstan kimi ölkələrlə əməkdaşlığı möhkəmləndirməyə hazırdır".

Dövlət başçısının sözlərinə görə, İran Avropa ölkələri ilə siyasi və iqtisadi münasibətləri də bərpa etməyə hazırdır: "İran-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. Hər iki ölkənin siyasətçiləri məsləhətləşmələr aparıblar, qərar qəbul ediblər və bu, vacib hadisədir. Əsas odur ki, ABŞ İranın əhəmiyyətini dərk edir".

Prezident həmçinin deyib ki, İran dünyanın enerji təhlükəsizliyinin təminatı məsələsində digər ölkələrlə əməkdaşlığa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti