...

İran “Bavər -373” havadan müdafiə sistemini 2015-ci ilədək istehsal edəcək

Siyasət Materials 15 Fevral 2014 11:09 (UTC +04:00)
Uzaq mənzilli "Bavər-373" (Bavar-373) havadan müdafiə sisteminin texniki və infrastruktur layihəsi tamamlanıb. Ümid edirik ki, Bavər – 373 havadan müdafiə sistemi ölkənin beşinci beş illik planının sonunadək (2015-ci ilin mart ayınadək) təkmilləşəcək və tam istifadəyə veriləcək.
İran “Bavər -373” havadan müdafiə sistemini 2015-ci ilədək istehsal edəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Cəfərov/

Uzaq mənzilli "Bavər-373" (Bavar-373) havadan müdafiə sisteminin texniki və infrastruktur layihəsi tamamlanıb. Trend-in "Fars" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib.

O ümid edir ki, "Bavər - 373" havadan müdafiə sistemi ölkənin beşinci beş illik planının sonunadək (2015-ci ilin mart ayınadək) təkmilləşəcək və tam istifadəyə veriləcək. Beşinci beş illik planda ölkənin hava müdafiə sistemlərinin kəmiyyət və keyfiyyət baxımında gücləndirmək nəzərdə tutulub. 2015-ci ilin martında bu proqramın icrası başa çatacaq

F.İsmaili hesab edir ki, "Bavər-373"in mövcud problemləri aradan qaldırılıb və hazırda sistemin istehsalı ilə bağlı aparılan işlər son mərhələdədir. O, "Bavər-373" havadan müdafiə sistemini Rusiyanın S-300 raket əleyhinə müdafiə sistemlərindən də güclü sayıb.

Qeyd edək ki, bundan öncə İran "Bavər-373" (Bavar-373) havadan müdafiə sisteminin texniki və sistem testininin 2013-cü ildə həyata keçirəcəyi ilə bağlı məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti