...

Azərbaycan və Laos arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 17 Fevral 2014 16:53 (UTC +04:00)
Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş naziri Tonqsinq Tammavonqla görüşüb.
Azərbaycan və Laos arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş naziri Tonqsinq Tammavonqla görüşüb.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə T..Thammavonq A.İmanovu Azərbaycanın Laosdakı səfiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, hələ Sovet İttifaqı dövründə çoxlu sayda laoslu gəncin Azərbaycan universitetlərində təhsil aldığını qeyd edib. Baş nazir iki ölkə arasında ənənəvi dostluq əlaqələrinə əsaslanan əməkdaşlığı inkişaf etdirməyin vacibliyini diqqətə çatdırıb.

Səfir təbrikə görə Baş nazirə təşəkkürünü bildirib və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın Cənubi Qafqaz regionunda və beynəlxalq arenada apardığı siyasət barədə həmsöhbətinə məlumat verib, ölkəmizin qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini və Avropada bir sıra investisiya layihələri həyata keçirdiyini diqqətə çatdırıb.

Baş nazir iki ölkə arasında münasibətləri inkişaf etdirmək məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, laoslu gənclərin Azərbaycanda təhsil alması imkanları ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti