...

Prezident İlham Əliyev Böyükşor ərazisində tikinti və abadlıq işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 28 Fevral 2014 11:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Böyükşor ərazisində tikinti və abadlıq işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Trend-in məlumatına görə, dövlətimizin başçısı stadionun layihəsi ilə tanış olub, idman qurğusunun maketinə və gələcək görüntülərini əks etdirən stendlərə baxıb.

Sonra Azərbaycan Prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.

Prezident İlham Əliyev daha sonra Heydər Əliyev-Ziya Bünyadov-Olimpiya Stadionu avtomobil yolunun tikintisində işlərin gedişi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti