...

Musa Qasımlı: Ermənistan nüvə təhlükəsizliyinə təhdiddir

Siyasət Materials 27 Mart 2014 16:31 (UTC +04:00)
"Mestamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün ciddi təhlükə törədir. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı "Metsamor"un istismar müddətinin uzadılmasına münasibət bildirərkən deyib.
Musa Qasımlı: Ermənistan nüvə təhlükəsizliyinə təhdiddir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

"Mestamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün ciddi təhlükə törədir. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı "Metsamor"un istismar müddətinin uzadılmasına münasibət bildirərkən deyib.

M.Qasımlı qeyd edib ki, bu AES köhnə texnologiyalarla tikilib və öz istismar müddətini başa vurub: "Burada texniki qəzaların baş vermə mümkünlüyü yüksəkdir. Əgər hər hansı bir qəza olsa, region radiaktiv şüalanmaya məruz qala bilər".

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, Ermənistan aktiv seysmik zonada yerləşir: "Əgər güclü zəlzələ olsa və atom elektrik stansiyası zədələnsə, bu, böyük bir faciəyə də yol aça bilər".

O bildirib ki, məsələnin başqa tərəfi də var: "Onun biri Araz çayına çirkli maddələrin axıdılmasıdır. Uzun illər boyu Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda Araz ayının çirkləndirilməsi, o cümlədən radiaktiv tullantılarla çirkləndirilməsi ilə bağlı ehtimalların çox olduğunu bildirir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda zərəli maddələrin basdırılması ehtimalı var: "Həmin ərazilər nəzarətsiz ərazilərdir və Ermənistan tərəfi həmin ərazilərdə radiaktiv tullantıları basdıra bilər".

M.Qasımlı vurğulayıb ki, Ermənistan bir dövlət olaraq nüvə təhlükəsizliyinin qorunmasına yardım etmir, əksinə, buna təhdiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti