Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-dan 10-dək Belqrad şəhərində (Serbiya) "Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə" mövzusunda seminar keçiriləcək.
Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən isə, aprelin 7-dən 8-dək Bakı şəhərində insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.