...

Qənirə Paşayeva: Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək

Siyasət Materials 8 Aprel 2014 22:37 (UTC +04:00)
Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək.
Qənirə Paşayeva: Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək

Fransa, Strasburq, 08 aprel /Trend, müxbir A.Məhərrəmli/

Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək.

Trend-in məlumatına görə, bu sözlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) günün ikinci yarısında keçirilən
iclasında Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaş statusunun verilməsinə dair hesabat ətrafında aparılan müzakirələrdə deyilib.

Millət vəkili çıxışında bildirib:"Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında Assambleyamıza demokratiya üzrə tərəfdaş status üçün müraciət edən ilk ölkədir və onların bu addımı Assambleyamız tərəfindən ciddi şəkildə alqışlanmalı və dəstəklənməlidir. Bu addımı atmaqla Qırğızıstan ən yaxşı Avropa praktikasını və özünü gələcək inkişaf yolunda Avropa Şurası standartlarını seçdiyini göstərib. Qeyd etmək istəyirəm ki, Qırğızıstan xalqı, parlamenti Avropa Şurası dəyərlərini, insan haqları, demokratiya, söz azadlığı, azad və demokratik seçkilər, qanun aliliyi ilə bağlı dəyərlərin ölkələrində möhkəmlənməsi istiqamətində ciddi addımlar atırlar və çox önəmli amma asan olmayan bir bölgədə yerlışən Qırğızıstanın bu addımları ciddi dəstəklənməlidir.

Müstəqilliyini yenidən qazandıqdan sonra iqtisadi çətinliklərə, bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq, Qırğızıstan inkişaf edir və öz inkişafında demokratiyanın inkişafını əsas tutur.

Ölüm hökmünün ləğv edilməsi, siyasi institutların inkişafı istiqamətində həyata keçirilən konstitusiya islahatları ilə bərabər azad və ədalətli seçkilərin keçirilməsi, siyasi və ictimai həyatda qadınlarla kişilərə bərabər imkanların tanınması, korrupsiya ilə mübarizə sahəsində gördüyü işlər, qeyri-hökumət təşkilatlarının qanunverici və icra orqanlarının fəaliyyətinə cəlb olunması, yerli və local demokratiyanın inkişafı kimi bir sıra önəmli islahat və addımlar Qırğızıstanın seçdiyi yolu açıq göstərir və onlar Assabmleyamız tərəfindən demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu istiqamətdə addımların surətlənməsi üçün önəmli bir dəstək olacaq.

Assambleyamız Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunu verməklə Bişkekin, Qırğızıstan parlamentinin, qeyri-hökumət təşkilatlarının demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi, fundamental azadlıqlar, qanin aliliyi ilə bağlı gördükləri işləri, səylərini daha da gücləndirəcək. Qədim tarixi, gözəl mədəniyyəti olan və Avropa Şurası dəyərlərini bölüşən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi həm də son günlər çox böyük gərginliklər və günlər yaşayan regionda Qırğızıstana veriləcək böyük dəstək olacaq".

Q. Paşayeva habelə qeyd edib ki, bu statusun verilməs Qırğızıstanla təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək.

"Assambleyamız tərəfindən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək ki, bunun nəticəsində Qırğızıstanda demokratik institutların daha surətli inkişafı, bir sıra vacib islahatların surətlə həyata keçməsinə də təkan verə bilər. Bu əməkdaşlığın genişlənməsi isə təkcə Qırğızıstan deyil, təşkilatımız üçün də önəmlidir. Bu əməkdaşlığın müsbət təsirininin gələcəkdə Mərkəzi Asiyaya daha geniş yayılmasına da təkan verə bilər ki, Avropa Şurası üçün bu çox
önəmlidir.

Mənim ölkəm Azərbaycanla Qırğızıstan arasında da əməkdaşlıq və əlaqələr daha da inkişaf edir və biz bu əməkdaşlığım genişlənməsinə böyük önəm veririk. Çıxışımın sonunda Qırğızıstan Parlamentindən olan dostlarımızı təbrik edirik və bu statusu alaraq Avropa ailəmizə xoş gəldiniz demək istəyirəm",- Paşayeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti