...

Səməd Seyidov: Qırğızıstana demokratiya naminə tərəfdaş statusunun verilməsi önəmli bir hadisədir

Siyasət Materials 8 Aprel 2014 23:01 (UTC +04:00)
Qırğızıstana demokratiya naminə tərəfdaş statusunun verilməsi önəmli bir hadisədir.
Səməd Seyidov: Qırğızıstana demokratiya naminə tərəfdaş statusunun verilməsi önəmli bir hadisədir

Fransa, Strasburq, 08 aprel /Trend, müxbir A.Məhərrəmli/

Qırğızıstana demokratiya naminə tərəfdaş statusunun verilməsi önəmli bir hadisədir.

Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) günün ikinci yarısında keçirilən
iclasında Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaş statusunun verilməsinə dair hesabat ətrafında aparılan müzakirələrdə Azərbaycanın qurumda nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib:"Bu gün müzakirə etdiyimiz Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaş statusunun verilməsinə dair hesabat çox önəmlidir. Təmsil etdiyim Avropa Demokratlar siyasi qrupu və Azərbaycan adından Qırğızıstandan olan bacı və qardaşlarımıza xoş gəlmişsiniz deyirəm. Biz eyni ailəyə mənsubuq.

Biz eyni tarixə və köklərə malikik. Bu gün mən çox şadam ki, siz bizim aramızdasınız və bizim müdafiə etdiyimiz dəyərləri paylaşırsınız. Bu hesabat demokratiya, insan haqları və hüququn aliliyi naminə islahatların aparılması üçün bir dəvətdir. Siz buna nail ola bilərsiniz.

Çünki sizin tarix, sizin təcrübə göstərir ki, Qırğızıstan bizim böyük ailənin üzvü ola bilər. Əziz dostlar, əziz bacılar və qardaşlar, Avropa demokratlar qrupu və Azərbaycan adından sizə öz evinizə xoş gəlmişsiniz deyirəm. Bu gün siz öz evinizdəsiniz".

Qeyd edək ki, müzakirələrin sonunda Qırğızıstan Parlamentinə Demokratiya naminə tərəfdaş statusunun verilməsinə dair hesabatın qətnamə layihəsinə dair səsvermə keçirilib və o, 86 səslə qəbul olunub.

Bundan əlavə, bu statusun verilməsindən sonra AŞ PA iki il ərzində qətnamədən irəli gələn tövsiyələrin, o cümlədən institusional çərçivənin daha da möhkəmləndirilməsi, Parlamentin rolunun gücləndirilməsi, azad və ədalətli seçkilərin təşkili, korrupsiyaya qarşı mübarizə, məhkəmə sistemində islahatlar, işgəncələrin qarşısının alınması,təcridxanalarda saxlanma şəraitinin yaxşılaşdırlması və etnik azlıqların hüquqlarının təşviqi sahələrində islahatların irəliləmə vəziyyətini nəzərdən keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti