...

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Siyasət Materials 9 Aprel 2014 18:55 (UTC +04:00)
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti