...

Azərbaycan və Xorvatiya XİN-ləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib

Siyasət Materials 16 Aprel 2014 17:27 (UTC +04:00)
Bakıda Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.
Azərbaycan və Xorvatiya XİN-ləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir S.Əhmədova/

Bakıda Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan tərəfini XİN-in Konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin Konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil edib.

Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilib.

Həmçinin tərəflər iki ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi sahəsində çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya ilə Avropa İttifaqı arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübənin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparıb və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti