...

Kişinyov: Moldovanın Dnestryanı regionunun müstəqilliyinin tanınması haqqında Rusiyaya müraciəti münaqişənin nizamlanmasına birbaşa meydan oxumaqdır

Siyasət Materials 17 Aprel 2014 12:25 (UTC +04:00)
Dnestryanı regionun qondarma "ali şura"sının Rusiya Federasiyasının mərkəzi hakimiyyət orqanlarına regionun müstəqil dövlət kimi tanınmasına dair müraciəti özündə birtərəfli və tamamilə əks fəaliyyəti ehtiva edir.
Kişinyov: Moldovanın Dnestryanı regionunun müstəqilliyinin tanınması haqqında Rusiyaya müraciəti münaqişənin nizamlanmasına birbaşa meydan oxumaqdır

Azərbaycan, Bakı, 17 aprel / Trend, müxbir E.Tariversiyeva /

Dnestryanı regionun qondarma "ali şura"sının Rusiya Federasiyasının mərkəzi hakimiyyət orqanlarına regionun müstəqil dövlət kimi tanınmasına dair müraciəti özündə birtərəfli və tamamilə əks fəaliyyəti ehtiva edir. Bu barədə Moldova hökumətinin bəyanatında deyilir.

Trend xəbər verir ki, cümə axşamı Moldovanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir: "Bu müraciət Dnestryanı münaqişəsinin nizamlanması prosesinə, Moldova Respublikasının ərazi bütövlüyünə birbaşa meydan oxumaqdan başqa bir şey deyil. Belə müraciətlə Tiraspol obyektiv reallığa, yəni Dnestryanı regionunun bütün beynəlxalq aləm, eləcə də "5+2" formatında danışıqlar prosesində iştirak edən dövlətlər tərəfindən Moldova Respublikasının tərkib hissəsi kimi tanınması faktına məhəl qoymur".

Bəyanatda bildirilir ki, 2006-cı ilin sentyabrında Dnestryanı regionunun təşkil etdiyi psevdoreferendum beynəlxalq aləm tərəfindən tanınmadı və ona region əhalinin siyasi iradəsinin ifadəsi kimi baxmaq olmaz:

"Dnestryanı münaqişənin son və yaşamağa qabil həllinin təyininin yeganə yolu danışıqların bütün mövcud mexanizmləri çərçivəsində siyasi dialoqun heç bir ilkin şərt olmadan davamıdır. Hökumət belə dialoqa açıq və maraqlı olaraq qalır. Biz beynəlxalq tərəfdaşları müstəqillik prinsiplərinə və Moldova Respublikasının ərazi bütövlüyünə əsaslanan Dnestryanı regionun xüsusi statusunun hazırlaması yolu ilə münaqişənin nizamlanması prosesinin irəliləyişi üzrə səy göstərməyə çağırırıq. Biz ayrıca olaraq Rusiya Federasiyasından olan tərəfdaşlarımızı beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun reaksiya ilə dərhal çıxış etməyə çağırırıq".

Qeyd edək ki, Moldova Respublikasının separatçı regionunun qondarma "ali şura"sının deputatları aprelin 17-də BMT, ATƏT və Rusiyaya Dnestryanı Moldova respublikasının müstəqilliyinin tanınması xahişi ilə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti