...

Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub

Siyasət Materials 28 Aprel 2014 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın Xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında ölkələrimiz arasında əlaqələrin mövcud inkişaf səviyyəsinə münasibətdə məmnunluq ifadə olunub.

Siyasi, iqtisadi, ticarət və sərmayələr sahəsində ikitərəfli əlaqələrin inkişafı etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti