...

Milli Məclis: Özünü şəffaf hesab edən "Transparency International" təşkilatı "bacardığın qədər yalan danış" prinsipi ilə fəaliyyət göstərir

Siyasət Materials 2 May 2014 19:52
Bu günlərdə “Transparency International” təşkilatının Azərbaycan üzrə bölməsi - “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yayıb.
Milli Məclis: Özünü şəffaf hesab edən "Transparency International" təşkilatı "bacardığın qədər yalan danış" prinsipi ilə fəaliyyət göstərir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu günlərdə "Transparency International" təşkilatının Azərbaycan üzrə bölməsi - "Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə" İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yayıb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olub. Ara-sıra bəzi KİV-lərdə ölkənin siyasi sistemi və parlamenti haqqında gedən qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti millət vəkillərində haqlı suallar doğurub.

Bundan narahat olan "Transparency International" təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış edib. Onların iddiasına görə, yuxarıda adıçəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməyib. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilib, bununla bağlı cavab məktubu onların [email protected] e-mail ünvanına göndərilib.

Göründüyü kimi, özünü şəffaf hesab edən bu qurum əslində şəffaflıqdan uzaq, "nə qədər bacarırsan yalan danış" prinsipi ilə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti